Makron Türkiyəyə qarşı səhvlər edir - POLİTOLOQ
09.09.2020
Fransa Şərqi Aralıq siyasətində azlıqda qalıb.
Bunu fransalı politoloq, Türkiyə üzrə ekspert Dide Billion deyib.
O bildirib ki, Fransa Afinaya qırıcı və aviadaşıyıcı satmaqla bölgədə gərginliyi daha da artırır:
"Parisin bu addımı yanlışdır. NATO tərəfindən təsdiqlənsə də, Afinanın təkzib etdiyi kompromis açıqlaması Makronun xarici siyasətinin yenidən rədd edilməsi anlamına gəlir. Bir müddət əvvəl Fransa freqatına türk donanması tərəfindən hücum edilməsi iddiası da qəbul olunmamışdı. Bu açıqlama da bir daha Fransanın Şərqi Aralıq siyasətində azlıqda qaldığını göstərir. Güman edirəm ki, həm Makron, həm də Fransa diplomatiyası bunu başa düşüb”.