Lukaşenko:"Növbədənkənar prezident seçkilərini istisna etmirəm"
08.09.2020
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə erkən Prezident seçkilərinin keçiriləcəyini istisna etməyib.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Belarus Prezidenti bu barədə Rusiya mətbuat nümayəndələrinə verdiyi müsahibəsində deyib.
"Konstitusiya ilə bağlı islahata hazırıq, bundan sonra növbədənkənar prezident seçkilərini istisna etmirəm", - deyə Aleksandr Lukaşenko bildirib.