21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İrəvan Suriyaya “ordu” göndərdi

08.09.2020

Ermənistanın Suriyada Türkiyə ordusuna və onun dəstəklədiyi Azad Suriya Ordusuna qarşı döyüşmək üçün hərbçilərini göndərməsi beynəlxalq hüququn növbəti dəfə bu ölkə tərəfindən kobud şəkildə pozulmasıdır. Ermənistan faktiki olaraq Suriyada qanunsuz işlər görür. Bu gün səngərlərinə yerləşdirməyə hərbçi tapa bilməyən bir ölkənin başqa bir ölkəyə hərbçilərini göndərməsi isə ağılsızlıqdır.

Bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistanın Suriyada Türkiyə ordusuna və onun dəstəklədiyi Azad Suriya Ordusuna qarşı döyüşmək üçün azı 450 hərbçi göndərməsini şərh edərkən deyib.

O qeyd edib ki, Ermənistanın Suriyaya hərbçi göndərməsi yeni bir şey deyil:

"Bildiyiniz kimi, Yaxın Şərq ölkələrində, xüsusilə də Suriya, Livan, İordaniyada çoxlu erməni yaşayır. Hətta dünyaca məşhur erməni terror təşkilatı ASALA da məhz bu ölkələrdə fəaliyyət göstərir. Digər tərəfdən, Ermənistan KTMT-nin yeganə üzvüdür ki, Rusiya ilə birlikdə Suriyaya hərbi kontingent göndərib”.

Politoloq vurğulayıb ki, Ermənistanın Suriyaya hərbçilərini göndərməsinin bir sıra səbəbləri var:

"Birincisi, Ermənistanın Suriyaya göndərdiyi hərbçilər nizami ordu mənsubları deyil. Ümumiyyətlə, hazırda rəsmi İrəvanın ölkə xaricinə hərbçi göndərmək potensialı yoxdur. Ermənistanda bu gün hərbçi çatışmazlığının yaşandığını hər kəs bilir. Lakin bir müddət öncə Ermənistanda "Müdafiə haqqında” qanuna edilən dəyişikliklərə əsasən, ölkədə könüllü hərbi dəstələrin yaradılmasına cəhd edilir. Bu o deməkdir ki, Ermənistan mülki insanlardan təşkil edilən hərbi birləşmələrini təlim keçmək üçün Suriya və digər Şərq ölkələrinə göndərir. Onları burada ASALA terror təşkilatının təcrübəli hərbçiləri qarşılayıb təlim keçir, daha sonra aktiv döyüşlərə cəlb edir. Məhz bu prosesdən sonra sağ qalanlar yenidən ölkəyə qayıdır.

İkincisi, Ermənistanın Suriyaya göndərdiyi hərbçiləri həm təcrübə qazanır, həm də Türkiyənin regionda başını qatmağa çalışır. Çünki Türkiyənin hazırda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə diqqət etməsi rəsmi İrəvanı çox narahat edir. Buna görə də Ermənistan Suriyada Türkiyəyə qarşı olan istənilən qüvvəyə dəstək verməyə çalışır”.