11:58:11 05 04 2025-cu il Bakı 11 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Baş nazirə sui-qəsd - 4 nəfər həlak oldu

23.06.2018

Efiopiyanın paytaxtı Əddis-Əbəbədə ölkənin yeni baş naziri Əbiyə Əhmədi dəstəkləyən mitinq zamanı naməlum şəxs qumbara atıb, partlayış nəticəsində ən azı 4 nəfər həlak olub və bir neçə nəfər yaralanıb. Bu barədə TASS xəbər verib.
Bildirilir ki, partlayış zamanı səhnədə olan Ə.Əhməd xəsarət almayıb.
Mitinqin təşkilatçısı Seyum Teşome deyib ki, sui-qəsd baş nazirə qarşı hazırlanıb: "Həmin şəxs səhnədə oturan baş naziri hədəf kimi seçmişdi, lakin kütlə ona imkan vermədi".

Onun sözlərinə görə, sui-qəsddə iştirakda şübhəli bilinən 3 nəfər - iki kişi və bir qadın həbs edilib.