PYD-nin xainliyinə cavab: "Bordo bereli”lər döyüşə girir
23.01.2018
Türkiyənin səhvsiz olaraq davam etdirdiyi "Zeytun budağı” əməliyyatı ilə küncə sıxışan PYD dünya ictimaiyətində "sivil insanlar qətliam edilir” fikri formalaşdırmaq üçün Afrində xəndək döyüşü planına ümid edir.
"Milliyət” terror qruplaşmasının sivil qalxan həmləsinə qarşı Türkiyə Silahlı Qüvvələrinin "Bordo bereli”lərdən istifadə edəcəyini yazıb.
Məlumata görə, PYD Afrində şəhər mərkəzindəki qüvvələrinə mülki insanların arasına qarışmağı, türk ordusu şəhər mərkəzinə daxil olduqdan sonra isə sivil insanların qətliama məruz qalması barədə təbliğata başlamağı tapşırıb. Bundan sonra isə vətəndaşlar qalxan olaraq istifadə ediləcək və şəhər mərkəzində xəndək döyüşlərinə başlanılacaq.
Afrin əməliyyatı üçün alternativlərə hazır olan Türkiyə ordusu buna qarşılıq olaraq terrorla mübarizə əməliyyatlarında kifayət qədər təcrübə toplamış, yüzlərlə mülki insanın qalxan olaraq istifadəsinin qarşısını almış "Bordo bereli”lərdən istifadə edəcək. "Bordo bereli”lər əməliyyata Afrinin mərkəzi hissəsi mühasirə alındıqdan sonra girəcək./axar.az/