21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Sədərəyin rəhbəri işdən çıxarılıb? - AÇIQLAMA

08.09.2020

Bir sıra kütləvi informasiya vasitələrində "Sədərək” Ticarət Mərkəzinin rəhbəri Yusif Qədiməliyevin vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar yayılıb. Həmçinin qeyd olunub ki, ötən həftənin cümə günü yeni rəhbərlik təhvil-təslim edib və yeni qaydalarını açıqlayıb. 

Belə ki, həmin gündən etibarən bazarda yalnız topdan satışla məşğul olanlar onlayn satışla məşğul ola bilərlər. Əks təqdirdə, bu qaydaları pozanlar isə 2500 manat cərimə olunacaqlar.

"MediaPost” yayılan məlumatlarla əlaqədar "Sədərək” Ticarət Mərkəzinin sözçüsü Kəmaləddin Qədimlə əlaqə saxlayıb. O bu barədə iddialara münasibət bildirmək istəmədiyini deyib.

K.Qədim ticarət mərkəzində tətbiq olunan yeni qaydalarla bağlı isə bunları deyib: "Kimin ki, icazəsi var, portalda adı varsa, onlara onlayn satışa icazə verilir. Dövlətin qayda-qanunları var. İri ticarət mərkəzləri işləmir. Biz də ona əməl edirik”.