3 müxalif lider ölkədən getdi
08.09.2020
Belarus Müxalifət Koordinasiya Şurası Rəyasət Heyətinin üzvləri Mariya Kolesnikova, İvan Kravtsov və Anton Rodnenkov Ukraynaya keçiblər.
Bu barədə Belarus Sərhəd Xidmətinin rəsmi nümayəndəsi Anton Bıçkovski məlumat yayıb.
Hazırda Belarus Müxalifət Şurasının üzvlərinin Belarusdan çıxdıqları, amma Ukrayna sərhədində saxlanıldıqları bildirilir.
Qeyd edək ki, ötən gün M.Kolesnikovanın mülki maşına mindirilərək, naməlum istiqamətə aparıldığı haqda məlumat yayılmışdı.