Türkiyənin müttəfiqi vahid nizami ordu yaradır
08.09.2020
Liviyada general-leytenant Məhəmməd Əli Əhməd əl-Həddad Baş Qərargah rəisi təyin edilib.
Bu barədə Liviya hökumətinə bağlı ordunun sosial şəbəkə hesabında məlumat yayılıb.
Bununla bağlı Liviya Milli Razılıq Hökumətinin rəhbəri Fayez Sərracın iştirakı ilə rəsmi mərasim keçirilib.
Mərasimdə çıxış edən Baş Qərargah rəisi Liviyada vahid nizami ordu yaratmağı planlaşdırdığını deyib.