Akopyanın snayperli fotosuna Türkiyədən TARİX DƏRSİ
07.09.2020
Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın hərbi formada əlinə snayper alaraq, Qarabağda poz verməsinə münasibət bildirib.
Baş müşavir türkə düşmənçilik edənin hər zaman məğlub olduğunu deyib.
"Bakı və Ankara əkiz qardaşdır. Birinin əlinə tikan batsa, digəri bunu qəlbində hiss edər. Bölgəmizdəki hər dindən, hər irqdən olan insanların təhlükəsizliyə və rifaha ehtiyacı var. Türkə kim düşmənçilik edirsə, tarix şahiddir ki, həmişə itirib”, - Y.Topçu bildirib.