Fransanın “Charlie Hebdo” qəzeti müsəlmanlar təhqir edib
04.09.2020
İran Fransanın "Charlie Hebdo” qəzetini Məhəmməd Peyğəmbərin karikaturasını dərc etdiyinə görə kəskin tənqid edib.
İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə qəzetin söz azadlığı adı altında Peyğəmbərin karikaturasını yaymaqla 1 milyarddan çox müsəlmanı təhqir etmiş olub.
S.Xətibzadə cari il sentyabrın 2-də qəzetdə dərc olunan materialı təxribat adlandırıb və qeyd edib ki, belə hallar dünya miqyasında dinlər arasında təfriqəyə yol açır. Bu, qətiyyən yolverilməzdir. Fransanın hakimiyyət orqanları belə mənfi halların qarşısını almaq əvəzinə, söz və fikir azadlığı pərdəsi arxasında gizlənirlər.
Qeyd edək ki, 2015-ci ildə də qəzet eyni karikaturanı dərc etmişdi. Həmin vaxt bir qrup müsəlman gənc qəzetin redaksiyasına daxil olaraq oranı dağıtmışdılar.