Binəli Yıldırım yeni növ koronavirusa yoluxub
03.09.2020
Türkiyənin sabiq Baş Naziri Binəli Yıldırım yeni növ koronavirusa yoluxub.
Bu barədə Binəli Yıldırım sosial media səhifəsində bildirib.
Məlumatda qeyd edilir ki, bu gün səhər saatlarından etibarən ümumi sağlamlıq vəziyyəti qeyri qənaətbəxş olan B.Yıldırım Ankara şəhər xəstəxanasında COVID-19 testindən keçirilib.
Test nəticələri müsbət olan B.Yılıdırım hazırda vəziyyətinin qənaətbəxş olduğunu və evində karantinə alındığını bildirib.
B.Yıldırımın həyat yoldaşında da COVID-19 aşkarlanıb.