Velosiped tramvayı fəaliyyətə başlayıb
03.09.2020
Türkiyədə ilk dəfə ölkənin Konya vilayətində velosiped tramvayı fəaliyyətə başlayıb.
Konya eyni zamanda 550 kilometrlik məsafə ilə Türkiyənin ən uzun velosiped yoluna sahib şəhərdir. 2023-cü ilə qədər bu yolun 84 kilometr uzadılması planlaşdırılır.
Rəsmi açılış mərasimi ilə vətəndaşların istifadəsinə verilən tramvayda ilkin mərhələdə tramvayın daxilində velosipedləri sabitləyəcək xüsusi aparatlar quraşdırılıb. Tramvay 21 velosiped üçün nəzərdə tutulub.
Qeyd edək ki, aparılan araşdırmaya əsasən, pandemiya dövrü ərzində Türkiyə əhalisi arasında velosiped istifadəçilərinin sayı dəfələrlə artıb.