02 02 2025-cu il Bakı 6 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Prezidentin bu çıxışı Türkiyə mediasında GÜNDƏM OLDU

03.09.2020

Prezident İlham Əliyevin yunan səfir Nikolaos Piperiqkosu qəbul edən zaman səsləndirdiyi fikirlər, xüsusən Azərbaycanın Türkiyəyə bütün hallarda dəstək verəcəyini deməsi qardaş ölkə mediasında gündəm olub.
 Prezidentin çıxışı Türkiyə mediasında aşağıdakı başlıqlarla təqdim olunub:

"Anadolu” agentliyi, "CNNTürk”: "Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanı tənqid etdi, Türkiyəyə dəstək verdi”.

"Akşam.com.tr”, "Haber7.com”: "Əliyevdən Türkiyəyə Şərqi Aralıq dəstəyi”.

"Yeni Akit”: "Yunan səfiri qəbul edən Azərbaycan Prezidenti İlham Əliyevdən "halal olsun” söylədən Türkiyə çıxışı”.

"Star”: "Prezident Əliyev yunan səfirin üzünə dedi: Aralıq dənizində Türkiyəni tərəddüdsüz şəkildə dəstəkləyirik”.

"Hürriyyət”: "Azərbaycan Prezidenti Əliyevdən Şərqi Aralq mesajı”.

"Milliyyət”: "Azərbaycandan Türkiyəyə Şərqi Aralıq dəstəyi: Hər mövzuda yanınızdayıq”.