Sahibə Qafarova “uşaq pulu”nun bərpasının müzakirəsi üçün göstəriş verməyib
02.09.2020
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatı
Bu gün bəzi kütləvi informasiya vasitələrində Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimliyə istinadən parlamentin payız sessiyasında "uşaq pulu” məsələsinin müzakirəyə çıxarılacağına dair məlumatlar yayımlanıb. Qeyd olunur ki, guya bir müddət əvvəl Milli Məclisin Sədri Sahibə Qafarova "uşaq pulu”nun bərpasının müzakirəsi üçün parlamentdə işçi qrupun yaradılması barədə göstəriş verib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi olaraq bildiririk ki, ictimaiyyətə təqdim edilən bu məlumat həqiqətə uyğun deyil və heç bir əsası yoxdur.