21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Eldar Həsənov harada saxlanılır? - AÇIQLAMA

02.09.2020

Xarici İşlər Nazirliyinin əməkdaşları barəsində DTX İstintaq İdarəsində istintaq edilən cinayət işindən Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun barəsində CM-nin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işinin ayrılaraq, aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərildiyi və hazırda istintaqın orada davam etdiyini bildirmişdim. Buna baxmayaraq, Eldar Həsənovun şəxsi xahişi nəzərə alınaraq, o, DTX-nın İstintaq təcridxanasında saxlanılır.

Bu sözləri Eldar Həsənovun vəkili Adil İsmayılov mediaya açıqlamasında deyib. O bildirib ki, saxlama şəraiti və ona göstərilən münasibətlə bağlı Həsənovun heç bir narazılığı yoxdur:

"O, son illər ərzində, xüsusən də son iki ildə bir sıra ağır xəstəliklərdən əziyyət çəkib və daim həkim nəzarətində olub. Hər gün çox sayda, müxtəlif adlarda dərman preparatları qəbul edir. Şəxsi həyata hörmət və fərdi məlumatların mühafizəsi hüququna riayət edərək, xəstəliklərlə bağlı məlumatları şərh etmək istəməzdim.

Amma açıq-aşkar görünən budur ki, Eldar Həsənovun səhhəti heç də yaxşı deyil və istənilən an kritik durum yarana bilər. O, az ağır cinayət törətməkdə ittiham edilir və qanun bu növ cinayətlərə görə seçilmiş həbs qətimkan tədbirinin girovla əvəz edilməsinə yol verir”.

Vəkil qeyd edib ki, Eldar Həsənovun elan edilmiş ittihamlarda özünü təqsirli bilmədiyini, şəxsiyyətini xarakterizə edən halları, 65 yaşının olmasını, səhhətindəki problemləri, o cümlədən infeksiyaya yoluxma riskini nəzərə alaraq, müdafiə tərəfi onun barəsində seçilmiş həbs qətimkan tədbirinin girovla əvəz edilməsi haqda vəsatətlə məhkəməyə müraciət etmək niyyətindədir.