F-16-lar vurar, orda sağ əsgər qalmaz - General
01.09.2020
Şərqi Aralıqdakı əsas məsələ artıq enerji deyil, təhlükəsizlik məsələsidir.
Bunu Türkiyə Baş Qərargahının keçmiş kəşfiyyat rəisi, general İsmayıl Hakkı Pekin ölkə mətbuatına açıqlamasında deyib.
O bildirib ki, Avropa yunanlara yardım edərək, Türkiyəni təhrik etməyə çalışır:
"Onlar çalışır ki, Türkiyə səhv etsin və bununla dünya ictimaiyyətinin gözü qarşısında türkləri çətin vəziyyətə salsınlar. Yunanıstan Meis adasına 30 nəfər göndərib, min komandos göndərsə nə olacaq? F-16-lar 4 bomba atar, burada əsgər qalmaz. Yunanların məqsədi də budur. Onlar 2 min adanın hamısına qoşun yerləşdirsə, ölkənin özündə əsgəri qalmayacaq. Türkiyə Afinanın bütün təxribatlarına qarşı tədbirlər görməlidir. Əsasən də diplomatik danışıqlara üstünlük verməlidir”.