Bölgədə böyük barışıq: Gözlənilən addım atıldı
01.09.2020
İsraildən Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ilk təyyarə reysi baş tutub.
İsrail Hava Yollarına məxsus təyyarənin bu gün Təl-Əvivin Ben Qurion hava limanından Əbu-Dabiyə doğru hərəkət etdiyi bildirilib.
Təyyarənin gövdəsində ivrit, ərəb və ingilis dillərində sülh mesajları yazılıb. Bu, iki ölkə arasında münasibətləri normallaşdırmaqla bağlı tarixi razılaşma əldə edilməsindən sonra İsraildən BƏƏ-yə doğru uçan ilk təyyarə hesab edilir.
"Röyter”in məlumatına görə, təyyarə Səudiyyə Ərəbistanı üzərindən Əbu-Dabidə eniş edəcək. Bu, ilk dəfə olaraq İsrailə məxsus bir təyyarənin Səudiyyə Ərəbistanı səmasından keçməsi deməkdir.
Əlavə edək ki, avqustun 13-də BƏƏ və İsrail arasında ABŞ-ın vasitəçiliyi ilə əlaqələrin normallaşdırılmasına dair razılaşma əldə olunub.