Türkiyədə ölüm hallarında kəskin artım olub
30.08.2020
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından gündəlik ölüm hallarındakı kəskin artım ictimaiyyət arasında ciddi narahatlığa səbəb olub.
Avqustun 30-da Türkiyədə 91 min 302 nəfər testdən keçirilib. Onlardan 1482 nəfərin analizlərinin nəticəsi pozitiv çıxıb. Gün ərzində infeksiyadan 42 nəfər ölüb, 1027 nəfər isə sağalıb. Sutka ərzində qorxulu xəstəlikdən dünyasını dəyişənlərin sayı avqustun 27-si ilə müqayisədə 16 nəfər çoxdur. Gündəlik yoluxmada da artım müşahidə olunur.
Sutkalıq ölüm halının artması ictimaiyyət arasında ciddi narahatlıq yaratmağa başlayıb. Aidiyyəti dövlət orqanları xəstəlikdən qorunmaq üçün tibbi maska taxmaq, sosial məsafə saxlamaq və təmizlik qaydalarına əməl etməyin vacibliyi ilə bağlı davamlı çağırışlar edirlər.