ABŞ Rusiyadan buna görə neft alır - Tramp
29.08.2020
ABŞ Demokratlar Partiyası ucbatından Rusiyadan neft alır.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Yeni İngiltərə regionunda enerji qiymətləri ABŞ-da ən yüksəyidir. Bilirsiniz niyə? Ona görə ki, qubernator Kuomo boru kəməri çəkməyə izn vermir ki, bizim neft və qazımız buraya gəlsin. Enerjini haradan aldığınızı bilirsinizmi? Rusiyadan. Siz bilmirdinizmi?”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ 2019-cu ildə Rusiyadan gündəlik 515 min barrel neft alıb. Ümumilikdə idxal edilən Rusiya neftinin dəyəri 2019-cu ildə 13,8 milyard dollar təşkil edilib.