Murad Zaurun verilişini bağladı
29.08.2020
Xalq artisti Murad Dadaşovun rəhbərlik etdiyi Xəzər TV-də bir neçə dəyişiklik baş tutub.
Bəzi tanınmış teleaparıcıların kanaldakı fəaliyyətinə son qoyulub.
Onlardan biri Zaur Kamaldır. Zaur bundan sonra Xəzər TV-nin nəzdində fəaliyyət göstərən Dalğa TV-də tamaşaçıların görüşünə gələcək.
Mart ayından aparıcısı olduğu verilişi bağlanan prodüser Tarix Əliyev də (Tolik) yeni mövsümdən Dalğa TV-də efirə çıxacaq.
Xəzər TV-nin efirindən qaldırılan digər bir layihə isə aşpaz Ağakərim Əbülfəzoğlunun "Anamın yeməyindən yoxdur” proqramıdır. Bu veriliş də Dalğa TV-də yayıma başlayacaq.