DÇ-2018 İsveçrə Serbiyanı məğlub etdi
23.06.2018
Rusiyada keçirilən dünya çempionatının doqquzuncu gününün son oyununda "E” qrupunda yer alan Serbiya və İsveçrə milliləri qarşılaşıblar. Modern.az xəbər verir ki, "Kalininqrad Arena”da keçirilən görüşdə hesabı Serbiya yığması açıb. Amma sonradan iki ardıcıl qol vuran İsveçrə millisi 2:1 hesablı qələbə qazanıb.
İlk turda Kosta-Rikanı (1:0) məğlub edən Serbiya millisinin 3 xalı var idi. İsveçrə seçməsi isə qrupun favoriti Braziliya yığması ilə heç-heçə etdiyindən bu qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb.
Qeyd edək ki, Serbiya və İsveçrə yığmaları ilk dəfədir qarşılaşırlar. İsveçrəlilərin dünya çempionatlarında debütü 1934-cü ildə olub. Onlar mundialda on birinci dəfədir iştirak edirlər və ən yaxşı nəticəni 1934-cü, 1938-ci və 1954-cü illərdə göstərərək dörddəbir final mərhələsinə vəsiqə qazanıblar.