Paris küçələrində maska taxmaq məcburi oldu
28.08.2020
Fransada COVID-19 infeksiyasına yoluxma sayında antirekord qeydə alınıb. Ölkədə son sutka ərzində 6 111 yeni yoluxma faktı təsdiqlənib.
Bu haqda Səhiyyə Baş İdarəsi (DGS) məlumat verib.
Bildirilib ki, Fransada yeni koronavirusa yoluxanların ümumi sayı 259 698-ə çatıb. Son 24 saat ərzində ölkədə 22 qrup yoluxması aşkarlanıb.
Xəstəxanalarda 4 535 xəstədən 381-i ağır vəziyyətdə reanimasiya şöbələrindədir. Epidemiya başlayandan ölkədə 30 576 ölüm faktı qeydə alınıb ki, onlardan 20 min 70-i xəstəxanalarda, 10 506-sı isə qocalar evlərində baş verib.
Qeyd edək ki, avqustun 26-dan Fransanın 21 departamenti "qırmızı zona” elan edilib. Ölkənin bir çox şəhərlərində, eləcə də Parisdə küçədə maska taxmağın məcburi olduğu rəsmi olaraq bildirilib.