Məktəblilər üçün ayrıca trolleybus və avtobuslar işləyəcək
28.08.2020
Kişineuda COVID-19 virusunun yayılmasının azaldılması və onun qarşısının alınması məqsədilə, habelə uşaqları ictimai nəqliyyatda COVID-19-a yoluxmadan qorumaq üçün paytaxt meriyası trolleybus və avtobusların xüsusi iş rejimini tətbiq edir.
Moldova KİV-ləri xəbər verir ki, Moldovada yeni tədris ili başlayandan sonra müəyyən marşrutlarda hər dörd trolleybusdan biri yalnız uşaqların və zəruri hallarda onları müşayiət edən yaşlıların məktəblərə və uşaq bağçalarına aparılıb gətirilməsi üçün ayrılacaq.