Cəlilabadda zəlzələ baş verib
28.08.2020
Avqustun 28-də Cəlilabad seysmoloji stansiyasından 8 kilometr cənubda - Cəlilabad rayonunda maqnitudası 3.5 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən yeraltı təkanlar yerli vaxtla saat 11:05-də qeydə alınıb.
Ocağı 28 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 3 bala qədər hiss olunub.