21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

B12 vitamini koronavirusa qarşı

28.08.2020



Hindistanın Regional Biotexnologiya Mərkəzinin və Manipal Ali Təhsil Akademiyasının alimləri B12 vitamininin koronavirusun çoxalmasının qarşısını ala bildiyini müəyyən ediblər.

Müvafiq tədqiqatın nəticələri "IUBMB Life” jurnalında dərc edilib.

Mütəxəssislər təbii məhsullar və dərmanlar arasında hansı molekulların SARS-Cov-2 virusunun tərkibində olan və infeksiyanın yayılmasına cavabdehlik daşıyan nsp12 geninin qarşısını almağa qadir olduğunu müəyyən etmək üçün kompüter modelləşməsi aparıblar.

Tədqiqat nəticəsində məlum olub ki, B12 vitamininin xüsusi buraxılış forması – metilkobalamin virus hüceyrələrinin çoxalmasını dəf edə bilir.

"Bu preparat tibb işçiləri, yaşlılar və yanaşı xəstəlikləri olan insanlardan ibarət qrupların infeksiyaya yoluxma riskini azaltmaq və təcili tibbi yardım göstərmək üçün profilaktik vasitə qismində istifadə oluna bilər”, - deyə bəyanatda bildirilir.

Buna baxmayaraq, alimlər COVID-19 xəstəliyinə tutulan pasientlərin müalicə protokoluna dəyişiklik etmək üçün bir sıra əlavə tədqiqatlar aparılmalı olduğunu qeyd edirlər.