Ali və orta ixtisas təhsili distant formada olacaq
27.08.2020
Sentyabrın 15-də ali təhsil alan tələbələrin yüksək hərəkətlilik və yoluxma risklərini nəzərə alaraq, tədris prosesinin bu təhsil pilləsində distant formada davam etdiriləcək.
Bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə deyib.
O bildirib ki, 1-ci kurslar sentyabrın 15-dən qəbul olunduqları ali təhsil müəssisəsinə gələ biləcəklər.