Əli Həsənov: "Azərbaycanda azad media formalaşıb"
23.06.2018
"Azərbaycan prezidenti vətəndaş cəmiyyəti institutlarını inkişafımızın əsas şərti kimi dəyərləndirir".
"Dövran Media"nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illiyi ilə bağlı tədbirdə Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
Ə. Həsənov deyib ki, Azərbaycanın uğurlarının təməli Heydər Əliyev tərəfindən qoyulub: "1995-ci ildə qəbul edilmiş Konstitusiyamızda vətəndaş cəmiyyəti quruculuğu, siyasi plüralizm, siyasi fəaliyyət azadlığı əksini tapıb. Bu, inkişafımızın üç şərtidir. Hər üç sahədə inkişafımızı xarici ekspertlər də qeyd edirlər. 1995-ci ildə ilk dəfə çoxpartiyalı əsasda seçkilər keçirilir. Ötən dövrdə keçirilən seçkilər də çoxpartiyalı əsasda, şəffaf keçirilib. 1995-ci ildən bu günə qədər azad media formalaşıb. Biz vətəndaş cəmiyyətinin inkişafında da hədəflərimizə çatdığımız üçün qürur hissi keçiririk".