Prokurorluqdan Eldar Həsənovla bağlı - AÇIQLAMA
25.08.2020
Baş Prokurorluq sabiq səfir, hazırda həbsdə olan Eldar Həsənovun barəsində olan cinayət işinin Dövlət Təhlükəsizliyi Xidmətindən alınaraq Baş Prokurorluğa verilməsi barədə vəkil Adil İsmayılovun yaydığı məlumata münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, vəkil Adil İsmayılovun yaydığı məlumat doğrudur.
"Hazırda Eldar Həsənov barəsində olan cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində icraatdadır", - məlumatda qeyd olunub.