Britaniya tanklardan imtina edir
25.08.2020
Britaniya ordunun modernləşdirilməsi çərçivəsində tanklardan imtina etmək imkanlarını nəzərdən keçirir.
Bu məlumatı "Tayms” qəzeti yayıb.
Britaniya hakimiyyətinin bu addımı "Çallenger 2” tanklarının modernizasiya dəyərinin artması ucbatından atdığı bildirilib.
Rəsmi Londonun daha çox kibersilahlanma, kosmos və digər yüksək texnologiyalara yatırımları artırmağı planlaşdırdığı vurğulanıb.