Lukaşenko əsəbləşdi: O müəllimlər qovulsun!
24.08.2020
Etiraz aksiyalarını dəstəkləyən müəllimlər məktəblərdən qovulmalıdır.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Təhsil naziri İqor Karpenko ilə görüşü zamanı deyib.
Onun sözlərinə görə, Belarusda təhsili dövlət təmin edir, ona görə bu ocaqlarda dövlətin ideologiyası aşılanmalıdır:
"Bu dövləti istəməyənlər o məktəblərdə qalmamalıdırlar. Qarşı düşərgəyə keçənlərlə məsələni həll etmək lazımdır. Dövlətin siyasətini, onun kursunu dəstələyən müəllimlər isə işlərinə davam etməlidirlər".