Berlin işə qarışdı: Maas Afina və Ankaraya gəlir
24.08.2020
Almaniya Xarici İşlər naziri Hayko Maas sabah əvvəlcə Afinaya, daha sonra isə Ankaraya gələcək.
Türk mediası Türkiyənin Almaniyanın vasitəçi rol oynamasına müsbət baxdığını, Yunanıstanın isə bölgə ilə bağlı əlavə şərtlər irəli sürməklə danışıqlardan qaçdığını yazıb.
Səfərdən sonra hər üç ölkə liderinin müşavirləri arasında iclasın keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, H.Maasın avqustun 27-28-də Avropa Birliyinə (AB) üzv ölkələrin Xarici İşlər nazirləri ilə görüşü olacaq. Yunanıstan və Cənubi Kipr rəhbərliyi AB Komissiyasından Türkiyəyə qarşı sanksiya siyahısı hazırlamasını tələb edir.