Göyçay köpüsü bərpa edilib
22.06.2018
Göyçay rayonunda güclü sel nəticəsində dağılan körpüdə hərəkət bərpa olunub.
Bu barədə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini İkram Vəliyev məlumat verib.
Vəliyev bildirib ki, körpü bu gün əhalinin istifadəsinə verilib. Açılış mərasimində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin rəhbər şəxsləri və rayon ictimaiyyəti iştirak edib.
Xatırladaq ki, bu il iyun ayının 2-də Göyçay rayonu ərazisində, Göyçay çayına güclü selin gəlməsi nəticəsində çayın üzərində olan körpünün yatağı yuyulmuş, nəticədə körpü dağılmışdı. Həmin vaxtdan etibarən həmin istiqamətdən rayona giriş məhdudlaşdırılıb.