Abşeron rayonunda karantin qaydalarını pozaraq övladına toy etmiş sabiq deputat İlhаm Əliyev hakim qarşısına çıxarılıb.
İşə hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılır.
Qeyd edək ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması maddəsinə görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, sabiq millət vəkili İlham Əliyev AMEA prezidenti, akademik Ramiz Mehdiyevin kürəkənidir.
***
Məhkəmədə qərar elan olunub.
Qərara əsasən, İ.Əliyev İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirli bilinib. O, 15 sutka müddətinə inzibati qaydada həbs edilib.
Onun qudası Rövşən Mustafayev də 15 sutka müddətinə inzibati qaydada həbs olunub.