Rusiyanın casusu ələ keçirildi
22.08.2020
ABŞ-ın Quru Qoşunlarının xüsusi bölməsinin keçmiş əsgəri Rusiya kəşfiyyatına çalışmaqda şübhəli bilinərək həbs edilib.
Bu məlumatı ABŞ Ədliyyə Nazirliyi yayıb. Məlumata görə, saxlanılan şəxs 45 yaşlı Piter Debbinsdir.
Onun Rusiya kəşfiyyatına 1996-cı ildən 2011-ci ilə qədər çalışdığı bildirilib.