Oğlundan Lalə Şövkətlə bağlı AÇIQLAMA
21.08.2020
Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət sabah əməliyyat olunacaq.
Bu barədə Lalə Şövkətin oğlu Sidqi Şövkət bildirib.
S.Şövkətin sözlərinə görə, hazırda anasının vəziyyəti normaldır, xəstəxanada həkim nəzarətindədir:
"Uzun illərdir, Lalə xanımın yoğun bağırsağında şiş var. Sadəcə, hər il şiş temperaturunun qalxmasına səbəb olurdu, müalicə edilirdi. Bu il də 4 ay həmin şiş Lalə xanımın temperaturunun qalxmasına səbəb oldu.
Həkimlər və cərrahlar şişin mütləq əməliyyatla götürülməli olduğunu məsləhət gördülər. Lalə xanım sabah özəl klinikalardan birində əməliyyat olunacaq”.