Rəyasət Heyətinin yeni strukturu təsdiq edildi
20.08.2020
AMEA Rəyasət Heyəti aparatının yeni strukturu təsdiq edilib.
Akademiyadan bildirilib ki, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında mövcud ştat sayı saxlanılmaqla AMEA Rəyasət Heyəti aparatının yeni strukturu təsdiq edilib.
Həmçinin fəlsəfə üzrə fəlsəfə doktoru Ələddin Məlikov AMEA prezidentinin köməkçisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev Rəyasət Heyəti aparatının yeni yaradılmış Hüquq və kadrlar idarəsinin rəisi vəzifələrinə təyin olunublar. Texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev AMEA-nın İnnovasiya Fondunun vakant olan rəhbəri vəzifəsinə ictimai əsaslarla təsdiqlənib.