21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Toy məclisi təşkil edənlər cərimələndilər

20.08.2020

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, avqustun 19-da daxil olmuş məlumat əsasında Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Pirqulu qəsəbəsi ərazisində yerləşən "Fortuna” restoranında Çarhan kənd sakini Aləm Cəfərovun qardaşı Şamoya toy məclisi təşkil etməsi faktı aşkar edilmişdir.

Polis əməkdaşları tərəfindən məclis dayandırılmış, restoranın sahibi Hilal Bəkirov, A.Cəfərov və toyda iştirak edən 11 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilmişlər.

Karantin rejimi qaydalarını pozduqlarına görə onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə protokollar tərtib edilmiş, H.Bəkirov 1500 manat, digərləri isə 200 manat məbləğində cərimə olunmuşlar.