Məşhur blogerə sui-qəsd: Hazırda komadadır
20.08.2020
Rusiyalı müxalif bloger Aleksey Navalnı təcili xəstəxanaya yerləşdirilib.
Bu barədə onun mətbuat katibi Kira Yarmış məlumat yayıb.
Navalnının Tomskdan Moskvaya uçan zaman səhhətinin pisləşdiyi və təyyarənin təcili Omskda eniş etdiyi vurğulanıb. Onda toksik zəhərlənmə olduğu bildirilib.
Yarmış onun çayına qatılan zəhərdən zəhərləndiyini iddia edib. Hazırda Navalnının reanimasiyada huşsuz vəziyyətdə olduğu qeyd edilib.
***
Aleksey Navalnı süni nəfəs aparatına qoşulub.
"O komadadır. Vəziyyəti ağırdır. Hələlik analizlərin nəticələri yoxdur”, – deyə Kira Yarmış bildirib.