Fransa Belarusu “Rusiyaya verməyə” çağırdı
20.08.2020
Qərb liderləri Rusiyanın Belarusla bağlı mövqeyini nəzərə almalıdır.
Bunu Fransa Xarici İşlər Nazirliyi yanında Avropa İşləri üzrə dövlət katibi Kleman Bon deyib. Onun sözlərinə görə, aparıcı Avropa liderlərinin Emmanuel Makron kimi, Vladimir Putinə müraciət etməsi çox vacibdir.
Bununla belə o, AB-nin vacib olduğu yerlərdə öz dəyərlərini qəti şəkildə müdafiə etməli olduğunu söyləyib.