Kəramət Böyükçöl sərbəst buraxıldı - RƏSMİ
19.08.2020
Gənc yazar Kəramət Böyükçöl sərbəst buraxılıb.
Bunu DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib.
Qurum rəsmisi deyib ki, əslində Kəramət heç saxlanılmamışdı.
"Polis Kəraməti heç tutmamışdı. Sadəcə sərxoş idi, özünə qəsd edə bilərdi. Ona görə də nəzarətdə saxlanılırdı. İndi artıq evə buraxılıb”, - deyə Ehsan Zahid bildirib.
Qeyd edək ki, gənc yazar ötən gün kirayə yaşadığı evdə "Facebook"da canlı yayım edərkən saxlanılıb.
Kəramət Böyükçölün yaşadığı ünvana gələn polis əməkdaşları onunla bağlı qonşuların şikayət etdiyini bildiriblər.