18 10 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

ABŞ Fondu Azərbaycana 2 milyon dollar ayrılıb

19.08.2020


ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun müavini Bonni Qlik, Dövlət Departamentinin katibinin müavini Stiven Biequn və ABŞ Prezidentinin məsləhətçisi İvanka Tramp birgə bəyanatla çıxış edərək bildiriblər ki, Prezident Donald Tramp tərəfindən 2019-cu ilin fevralında təsis edilən və Ağ Ev-in rəhbərliyi altında həyata keçirilən "Qadınların Qlobal İnkişafı və Rifahı Naminə” Təşəbbüsü (W-GDP) çərçivəsində yeni fəaliyyətlər və tərəfdaşlıqlar üçün 122 milyon ABŞ dolları ayrılıb.

ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər ki, W-GDP Fondundan ayrılmış 2 milyon ABŞ dolları dəyərində vəsait Azərbaycanda fəaliyyət göstərən USAID təşkilatına qadınlar tərəfindən idarə olunan, qadınlara yönəlmiş biznes və peşəkar assosiasiyaların imkanlarının artırılmasına yardım edəcək. Bu platformalar biznes sahəsində çalışan qadınlara öz sözlərini deməyə, habelə onlara təlim, resurslar və bazarlara kollektiv çıxışı əldə etməyə yardım göstərəcək . W-GDP Fondu sahibkar qadınlara bazarlara, maliyyə mənbələrinə və şəbəkələrə təlim və digər resursları əldə etməyə imkan yaradır. Qadınlar əldə etdikləri bu bacarıqlar sayəsində yeni biznesə başlamaq və onun inkişafı ilə bağlı çətinliklərin aradan qaldırılmaq imkanını əldə edəcəklər.

Prezidentin Məsləhətçisi İvanka Tramp qeyd edib: "W-GDP fondu qadınların iqtisadi zənginliyinin artmasına xidmət edən proqramların maliyyələşdirilməsi və inkişafı üçün yaradılıb. Biz ABŞ hökumətinin və özəl sektorun resurs və təcrübəsindən istifadə edərək, fəaliyyətlərin həyata keçirildiyi icmalarda davamlı və dərin səmərə verməsini təmin edirik”.

Bu il Azərbaycan dünyanın 60- dan çox dövlətinə qatılaraq W-GDP təşəbbüsünün irəliləməsinə təkan verib. W-GDP təşəbbüsü qadınlar üçün həm iqtisadiyyatda iştirak, həm də rifahın və milli təhlükəsizliyin irəliləməsi sahəsində imkanları artırır. İqtisadi baxımdan zəngin imkanlara malik qadınlar öz ailə və icmalarına yenidən sərmayələr yatıraraq qlobal sülh və sabitliyə təkan verən iqtisadi artıma töhfə verirlər.

Qeyd edək ki, 2019-cu ilin fevralında Ağ Ev qadınların iqtisadı imkanlarını gücləndirməsinə xidmət edən və Birləşmiş Ştatların hökuməti tərəfindən tam həyata keçirilən ilk layihəsini - Qadınların Qlobal İnkişafı və Rifahı Naminə (W-GDP) Təşəbbüsü təsis edib. Qadınların iş yerlərində inkişafı, sahibkar qadınların rifahının artması və onların iqtisadiyyatda rolunun gücləndirilməsi kimi üç əsas istiqamətə yönəlmiş W-GDP Təşəbbüsünün məqsədi 2025-ci ildə inkişaf edən dövlətlərdə yaşayan 50 milyon qadını əhatə etməkdən ibarətdir. W-GDP Təşəbbüsü yeni innovasiya fonduna təkan verərək, sözügedən üç istiqamətə yönəlmiş özəl-ictimai tərəfdaşlığı inkişaf etdirir. Həyata keçirildiyi ilk ildə W-GDP Təşəbbüsü dünyanın müxtəlif dövlətlərində yaşayan 12 milyon qadını əhatə edib.