Türklər rus PUA-larını vurub?
19.08.2020
Suriyanın İdlib şəhərində ötən gün 2 PUA məhv edilib.
Bəzi mənbələr vurulan PUA-ların Rusiyaya məxsus olduğunu iddia edib.
İddiaya görə, PUA-lar Türkiyə Silahlı Qüvvələri tərəfindən raket zərbələri ilə vurulub. Ancaq hadisə ilə bağlı nə Rusiya, nə də Türkiyə rəsmi məlumat yayıb.
Bundan başqa, vurulan PUA-ların ölçülərinin böyük olması müəyyənləşib.
Bildirilib ki, bölgədə Rusiyaya məxsus bu böyüklükdə PUA-lar yoxdur.
ABŞ ordusuna məxsus mənbələr isə PUA-ların onlara məxsus olduğunu deyib:
"İdlibin şimalında uçan 2 PUA havada toqquşub. Hər iki PUA MQ-9 Reaper tipli olub. ABŞ bölgədə bu tipli PUA-lardan əməliyyatlar və kəşfiyyat məlumatları toplamaq məqsədilə istifadə edir”.