Azərbaycanlı məşhur brendin prezidenti seçildi
19.08.2020
Rəşid İsmayılov Rusiyanın "Vimpelkom” ("Bilayn” brendi) şirkətinin prezidenti seçilib.
Bu məlumatı şirkətin mətbuat xidməti yayıb. İsmayılovun 2023-cü ilə qədər şirkətin prezidenti olacağı vurğulanıb.
Qeyd edək ki, İsmayılov bundan öncə "Bilayn”da baş direktorun müşaviri olub.
O, 2014-2018-ci illərdə Rusiya Rabitə nazirinin müavini kimi çalışıb.