Mali prezidenti rəsmən istefa verdi
19.08.2020
Mali Prezidenti Bubakar Keyt istefaya getdiyini açıqlayıb.
Keyt bu bəyanatını dövlət televiziyasında çıxışı zamanı deyib.
"Mən bu andan etibarən öz səlahiyyətlərimdən imtina edirəm. İstəmirəm ki, mənim hakimiyyətimin qorunması üçün qan axıdılsın”.
Qeyd edək ki, bundan öncə Malidə hərbi qiyam baş verib. Nəticədə hərbçilər hökumət üzvləri, spiker və ordu komandanlarını həbs etmişdilər. Həbs edilənlər arasında prezident və baş nazirin də olduğu qeyd edilirdi. Qiyamı polkovnik Sadio Kamaranın təşkil etdiyi vurğulanmışdı.