Lukaşenko: Müxalifət çevrilişə hazırlaşır?
18.08.2020
Müxalifət hakimiyyəti ələ keçirmək üçün Koordinasiya Şurası yaratmaq qərarına gəlib.
Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasında çıxışında deyib.
"Yeni element – Bu, hakimiyyəti, xüsusən güc strukturlarını "yatızdırmaq” cəhdidir. "Biz sülhpərvərik, biz yaxşıyıq, başa düşürsünüz, biz artıq müqavimət istəmirik”. Onlar (müxalifət) bizi digər səmtə yönləndirirlər və nə az, nə çox – hakimiyyəti onlara verməyi tələb edirlər. Deməli, biz bunu birmənalı qiymətləndiririk: Bu, bütün nəticələri ilə birlikdə hakimiyyəti ələ keçirmək cəhdidir”, - deyə dövlət başçısı bildirib.
Lukaşenko əlavə edib ki, dövlət konstitusiya və qanuna uyğun olaraq "bəzi isti başları soyutmaq” üçün adekvat qərarlar qəbul edəcək.