Hələ dünya lazımi immunitet səviyyəsinə çatmayıb?!
18.08.2020
Kollektiv immunitet koronavirus üzərində qələbə qazanmağa kömək etməyəcək.
Xarici KİV-lər xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqramının direktoru Maykl Rayan jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
"Hazırda dünya əhalisi xəstəliyin yayılmasının qarşısını almaq üçün lazımi immunitet səviyyəsinə çatmayıb. Biz kollektiv immunitetin "xilaskar” olacağını gözləmədən bütün diqqəti virusun yayılmasının qarşısını almaq üçün tədbirlərə yönəltməliyik”, - deyə o bildirib.