03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yoluxma 22 milyon nəfəri ötdü

18.08.2020


Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 22 milyon nəfəri ötüb.

Pandemiyanın statistikasını aparan Worldometer saytı xəbər verir ki, avqustun 17-də dünyada koronavirusa 198 min 535 nəfər yoluxub, 4 min 289 nəfər isə dünyasını dəyişib.

Saytın məlumatına əsasən, hazırda dünyada koronavirus infeksiyasına yoluxanların sayı 22 milyon 102 min 713 nəfərə, ölənlərin sayı isə 778 min 369 nəfərə çatıb. Eyni zamanda, 14 milyon 840 min 714 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 6 milyon 483 min 630 xəstədən 62 min 196 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 5 milyon 613 min 357 nəfərə çatıb. Yoluxma sayına görə ABŞ-dan sonra ikinci yeri Braziliya tutur - 3 milyon 363 min 235 nəfər. Hindistanda 2 milyon 724 min 642 nəfər, Rusiyada 932 min 493 nəfər, Cənubi Afrika Respublikasında 589 min 886 nəfər, Peruda isə 541 min 493 nəfər COVID-19 xəstəliyinə yoluxub.

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 173 min 778 nəfər. İlk beşliyə daxil olan Braziliyada 108 min 654, Meksikada 57 min 23, Hindistanda 52 min 153, Böyük Britaniyada isə 41 min 369 nəfər koronavirus səbəbindən həyatını itirib.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.