Böyük Britaniyada yoluxma sayı artır
18.08.2020
Böyük Britaniyada koronavirusa yoluxma hallarında yenidən artım baş verib.
Birləşmiş Krallıqda rəsmi məlumatlara görə son sutka ərzində 713 nəfər virusa yoluxub.
Virusa yoluxma hallarında artım müşahidə olunarsa, yenidən karantin rejimi sərtləşdirilə bilər.
Xatırladaq ki, Böyük Britaniyada 319 mindən çox insan virusa yoluxub, 41 min 369 nəfər isə həyatını itirib.