Ermənilər Tovuz rayonu istiqamətində növbəti dəfə təxribata əl atıb.
Ağdam kəndində dinc sakinlər və yaşayış məntəqələri atəşə tutulub. İriçaplı silahlardan atılan mərmilər evlərə ciddi ziyan vurub. Kənd sakini Minayə Qasımovanın evi davamlı atəşə tutulduğundan daha çox ziyan məhz bu evə dəyib.
Hadisə avqustun 17-si səhər saatlarında baş verib.