21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Jirinovski Qarbaçovdan nələr danışdı

18.08.2020

SSRİ Dövlət Fövqəladə Vəziyyət Komitəsinin (QKÇP) proqramı tamamilə doğru idi. Ona görə torpaq islahatı aparılmalı idi ki, o zaman da kiçik biznes inkişaf edəcəkdi. Nəticədə ölkə parçalanmayacaqdı və 1990-cı illərin özbaşınalığı olmayacaqdı.
Bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

"QKÇP-nin proqram fəaliyyəti tamamilə doğru idi. Mərhələli dəyişiklik baş verəcəkdi. Kiçik biznes inkişaf edəcəkdi, sənaye dağılmaz, ölkə parçalanmazdı, müharibələr, 1990-cı illərin özbaşınalığı olmazdı. Əgər Qorbaçov onları dəstəkləsə idi, QKÇP qalib gələrdi”, – deyə o bildirib.

Qeyd edək ki, 1991-ci ilin 19 avqustunda Qorbaçovun islahatları ilə razılaşmayan SSRİ-nin ali rəhbərliyinin nümayəndələri qiyam qaldıraraq hakimiyyətə əl qoymuşdu. QKÇP-nin məqsədi SSRİ-nin dağılmasına imkan verməmək idi. Lakin QKÇP iki günə məğlub oldu və orda təmsil olunan yüksək çinli məmurlar həbs edildi.